EN

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Tribunainfo.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (ölümündən sonra).

Qeyd edək ki, Natiq Qasımov Birinci Qarabağ müharibəsində (1992-ci ildə) günlərlə tək vuruşduqdan sonra 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olub.

Onun həyat hekayəsi haqqında çəkilən “Oğul” sənədli filmi 2022-ci ildə ekran üzü görüb.

Filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb.

Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Fotoda: Natiq Qasımovun dindirildiyi an

Chosen
172
4
tribunainfo.az

5Sources