EN

ABŞ Dövlət Departamenti Rusiya və Belarusu insan alverinin sponsor dövlətləri siyahısına salıb

"Dövlət Departamenti hakimiyyətləri insan alverini maliyyələşdirən 13 ölkəni aşkar edib..."
 
ABŞ Dövlət katibi Entoni Blinken bazar ertəsi Dövlət Departamentinin insan alveri barədə illik hesabatını təqdim edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiya və Belarus Şimali Koreya, Türkmənistan və Suriya ilə barəbər hakimiyyətləri insan alverini maliyyələşdirən 13 dövlətin siyahısındadır. 
 
Blinken məruzəsinin prezentasiyası zamanı insan alverində rəqəmsal alətlərdən istifadə edilməsinə xüsusi diqqət yetirib. 
 
"Rəqəmsal alətlər insan alverinin əhatə dairəsi, miqyası və sürətini gücləndirib, - Blinken bəyan edib. - İnsan alverçiləri onlayn platformalardan qanunsuz seksual kontentin (məzmunun) satışında istifadə edir. Onlar aşkar edilməkdən yan keçmək üçün şifrəli məlumatlar və rəqəmsal valyutadan istifadə edir".
 
Blinken qeyd edib ki, onlayn alətlərdən istifadə edilməsi insan alverçilərinin öz əhatə dairəsini genişləndirməyi imkan verib.
 
"İnsan alveri elə bir problemdir ki, onu heç bir ölkə təkbaşına həll edə bilməz", - Dövlət katibi deyib.
 
Beynəlxalq Əmək Təşkilatının dəyərləndirilməsinə görə, 2021-ci ildə bütün dünya üzrə 27, 6 milyon insan məcburi əməklə məşğul olub, bu da 2016-cı ildəki 2, 7 milyonla müqaisədə çoxdur. Bunlardan 6, 3 milyon insan məcburi kommersiya seksual istismar şəraitində və 3, 9 milyon insan dövlət tərəfindən məcburi əməklə məşğul olub. 
 
"Təəssüf ki, bəzi hökumətlər problemin bir hissəsidir", - xüsusi tapşırıqlar üzrə səfir Sindi Dayyer deyib. 
 
Dövlət Departamenti hakimiyyətləri insan alverini maliyyələşdirən 13 ölkəni aşkar edib. Buraya dövlət proqramı çərçivəsində insan alveri, dövlət tibb müəssisələrində məcburi əmək, hökumət düşərgələrində seksual köləlik və ya əsgər uşaqlardan istifadə və ya onların cəlb edilməsi daxildir, hesabatda deyilir. 
 
2024- cü ildə pozucu ölkələr siyahısına Əfqanıstan, Belarus, Birma, Çin, Kiba, Elitreya, İran, Şimali Koreya, Rusiya, Cənubi Sudan, Sudan, Suriya və Türkmənistan daxil edilib. 
 
Dayyerin sözlərinə görə, bütün dünya boyunca miqrasiya böhranı gücləndikcə, böyük ehtimalla, insan alveri də artacaq. 
 
"Biz hökumətləri insan alverinin qarşısını almağa və qaçaqmalçılardan borc alaraq sonradan pulları qaytara bilmədikdə insan alverçiləri üçün həssas olan miqrantların yoxlanılmasına xüsusilə diqqət yetirməyə çağırış edirik", - Dayyer deyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
moderator.az

1Sources