EN

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

Cəlilabad rayon sakini Masallıda ölüb.

"Ölkə.az" APA -ya istinadla xəbər verir ki, hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.

Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
76
11
olke.az

10Sources