EN

Mahaçqalada atışma olmayıb –DİN TƏKZİB ETDİ

 

Dağıstan Daxili İşlər Nazirliyi (DİN) atışma xəbərlərini rəsmən təkzib edib.

 

Senzor.az bildirir ki, DİN-in təkzibində deyilir: “Şahiddən “Universitet Meydanı ərazisində silahlı bir adam gördüyü” xəbərini aldıq.

 

Dərhal hadisə yerinə bir neçə polis dəstəsi göndərildi, ərazi mühasirəyə alındı. Əraziyə və ətraf əraziyə xüsusi itlərin iştirakı ilə hərtərəfli baxış keçirilib. Məlumat təsdiqini tapmayıb. Hər şey sakitdir. Əməliyyat ləğv olunub"

 

**23:58(25.06.2024)


Mahaçqalada yenidən atəş səsləri eşidilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dağıstan paytaxtının küçələrində çoxlu silah-sursatı olan təhlükəsizlik qüvvələri var. Onlar növbəti antiterror tədbirləri keçirirlər.

 

Bildirilib ki, Universitet meydanı artıq mühasirəyə alınıb.

 

Sakinlərdən evlərini tərk etməmələri xahiş olunub.

 

Qeyd edək ki, 23 iyunda Mahaçqala və Dərbənddə terakt törədilmişdi. Nəticədə ən azı 16 polis, 5 mülki şəxs ölmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
senzor.az

1Sources