“Kanada vətəndaşlarını mümkün qədər Livanı tərk etməyə çağırıram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Kanadanın xarici işlər naziri Melani Joli deyib.
“Hizbullah və İsrail arasında davam edən zorakılıq səbəbindən Livanda təhlükəsizlik vəziyyəti getdikcə qeyri-sabit və gözlənilməz xarakter alır. Vəziyyət xəbərdarlıq edilmədən daha da pisləşə bilər.
İndi Livana getməyin vaxtı deyil. Hazırda Livanda olan kanadalılar üçün kommersiya uçuşları mövcud olduğu müddətdə oradan ayrılma vaxtıdır”, - nazir bildirib.