Şimali Koreya lideri Kim Çen İn yenidən Cənubi Koreyaya 1500-dən çox tullantı daşıyan şar göndərib.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, şarların içərisində "Mickey Mouse", "Winnie the Pooh" və "Hello Kitty" personajlarının əks olunduğu əşyalar da daxil olmaqla, cənubdan hədiyyə edilən kəsilmiş "Qərb" geyimləri olub.
Həmçinin qeyd edilib ki, şarlarda olan torpaq nümunələrindən aydın olub ki, Şimali Koreyada kimyəvi gübrə əvəzinə insan nəcisindən istifadə olunur.
Pxenyan bunu onların ölkəsinə qida, dərman, pul və Şimal rejimini tənqid edən vərəqələr daşıyan şarlar göndərən Cənubi Koreyalı fəallara cavab olaraq edib.
Bu ilin may ayında Şimalı Koreya Cənubi Koreyaya ilk dəfə zibillə dolu ən azı 260 şar göndərmişdi.