EN

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

ABŞ-ın

London, 26 iyun, AZƏRTAC

Culian Assanc müharibə zamanı əsgərlərimizin həyatını təhlükəyə atmışdı və qanun çərçivəsində mühakimə edilməli idi. Bayden administrasiyasının Assanc ilə sövdələşməsi ədalətin pozulmasıdır və Silahlı Qüvvələrimizin kişi və qadınlarının, onların ailələrinin xidmətinə və qurbanlarına hörmətsizlikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens özünün “X” sosial media şəbəkəsində deyib.

O bildirib ki, ABŞ ordusunun və ya ABŞ-ın milli təhlükəsizliyinə təhlükə yaradan heç kəs üçün həbsxanadan yayınmağa şərait yaradacaq bir müqavilə olmamalıdır.

Qeyd edək ki, Culian Assanc və ABŞ hökuməti arasında razılaşma əldə olunub. Razılaşmaya görə, Culian Assanc casusluq ittihamı üzrə öz təqsirini etiraf etməsi müqabilində azad olunacaq. Assanc Marian adalarında, Qərbi Sakit okeanda yerləşən ABŞ mülkiyyətindəki federal məhkəmədə hakim qarşısında çıxış edəcək. Razılaşma federal hakim tərəfindən təsdiqləndiyi təqdirdə, Assancın həbsxanada keçirdiyi vaxt nəzərə alınacaq və onun dərhal doğma ölkəsi olan Avstraliyaya qayıtmasına imkan veriləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
245
50
azertag.az

10Sources