1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində ikinci tura start verilib.
Oxu.Az bildirir ki, bu turda A qrupunda qərarlaşan Peru ilə Kanada, Argentina və Çili milliləri qarşılaşıblar.
Kanada yığması rəqibini bir qolla üstələyib. Oyunun 59-cu dəqiqəsində Peru millisinin üzvu Migel Arauxo qırmızı vərəqə aldığından komandası azlıqda qalıb. Kanada isə Conatan Devidin 74-cü dəqiqədə vurduğu qolla qələbəni təmin edib.
Çili - Argentina görüşündə də böyük hesab qeydə alınmayıb. Argentina millisinin futbolçusu Lautaro Martines oyunun 88-ci dəqiqəsində vurduğu qolla oyunun taleyini həll edib.
Beləliklə, son oyunların nəticələrinə görə, Argentina 6 xalla A qrupunun lideri olub. Kanada 3 xalla ikinci pillədə qərarlaşıb. Hərəyə bir xal toplayan Çili və Peru milliləri 3-4-cü yerləri bölüşürlər.