Türkiyə millisi bu gün saat 23:00-da Çexiya ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, qrupun digər oyununda Portuqaliya və Gürcüstan komandaları üz-üzə gələcək. F qrupunda xal durumu aşağıdakı kimidir:

1. Portuqaliya (6 xal)

2. Türkiyə (3 xal)

3. Çexiya (1 xal)

4. Gürcüstan (1 xal)

Türkiyə yığması qrupu ikinci və ya üçüncü yerdə başa vurub, mərhələ adlasa, 1/8 finalda fərqli rəqiblərlə qarşılaşacaq. 

Qardaş ölkə qrup ikincisi olsa D qrupunun lideri Avstriyaya rəqib olacaq. Türklər ən yaxşı 4 "üçüncülər" siyahısına düşərsə, bu halda İspaniya və ya İngiltərə ilə üz-üzə gələcək.