EN

"Azərbaycan dünyanın ən güclü, ən çevik, ən praktik ordularından birinə sahibdir" - RƏY

"Bir ölkənin təşəkkül tapması, inkişaf etməsi onun iqtisadiyyatından, xalqın birliyindən və güclü ordusundan çox asılıdır. Sərhədlərin qorunması, xalqın stabil, özünəgüvənli yaşaması üçün dövlətin ordusu həm də onun qarantı sayılır. Bu gün Azərbaycan Silahlı Qüvvələri öz bayramını şərəflə qeyd edir. Biz hazırda dünyanın ən güclü, ən çevik, ən praktik ordularından birinə sahibik. Kifayət qədər böyük dövlətlərin ordu qüvvələrinin sistemi Azərbaycanın bu təcrübəsindən yararlanmağa çalışır".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

 

 

"Vətən müharibəsində qazandığımız qələbəmiz, Azərbaycan igidlərinin, əsgər və zabitlərinin yenilməzliyi, qüruru, qorxmazlığı, şücaəti dastana çevrildi. Hətta bütün dünya gördü ki, Azərbaycan gənci, oğulları onun torpaqları üçün necə canını fəda edə bilər. Bu, vətənpərvərlik dastanına çevrildi. Azərbaycanın Milli Ordusu, Silahlı Qüvvələri bu şərəfli missiyanı şərəflə də yerinə yetirdi. Bir günlük anti-terror tədbirləri Azərbaycan dövlətinin gücünü, qüdrətini bir daha ortaya qoydu. Belə bir nümunə son 100 ildə olmayıb ki, metrliyində hansısa strateji obyektin hətta daşına  toxunulmadan onun ətrafında terrorçu yuvası dağıdılsın. Dünya bu dəqiqliklə, sürətlə, şücaətlə həyata keçirilən ikinci bir əməliyyat görməyib. Onu da Azərbaycan göstərdi. Azərbaycan igidləri, Azərbaycan oğulları, əsgər və zabitləri! Bütün bunlar deməyə əsas verir ki, biz Ordumuzla, onun tərkib hissəsi olan əsgər və zabitlərimizlə qürur duyuruq və qürur duyacağıq", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 İyun 2024, 09:39   
Chosen
124
pravda.az

1Sources