Türkiyənin Bursa bölgəsinin Osmanqazi rayonunda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən oğlan məhəlləni külə döndərib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, gənc oğlan sevgilisindən ayrılıb və boş ərazidə birlikdə çəkilmiş fotoşəkillərini yandırmaq qərarına gəlib, lakin təsadüfən yanğın baş verib. Onun ətrafındakı ot və kol-kos yanmağa başlayıb.
Ərazidə olan sakinlər yanğını vaxtında görüb və yanğınsöndürənləri çağırıblar. Onlar yanğını söndürməyə nail olublar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.