EN

Günay Ağamalı: Silahlı Qüvvələr Gününü bütövləşmiş Azərbaycanla qeyd edirik

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti Cənab Prezidentimiz, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla, böyük zəfərlərlə və məharətlə davam etdirilməkdədir.

Şərəflə, qürurla fəxr etdiyimiz Silahlı Qüvvələr Gününü biz artıq azad, qalib, bütövləşmiş Azərbaycanla qeyd edirik. Ərazi bütövlüyümüzü, suverenliyimizi təmin edən Ali Baş Komandanımız Cənab İlham Əliyevin və Silahlı Qüvvələrimizin şəxsi heyyətinin fədakarlıqları, qəhrəmanlıqları, şücaətləri ilə iftixar edirik! 

Bu gün 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü olmaqla hər bir azərbaycanlının qürur günüdür. Başda Müzəffər Ali Baş Komandanımızı və  Silahlı Qüvvələrimizin bütün heyyətini təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar diləyirəm. Qoy Uca Tanrı daim Dövlətimizi, Xalqımızı, Ordumuzu qorusun!

Günay Ağamalı
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri.
Chosen
120
sherg.az

1Sources