“Rusiyanın Qarabağı Azərbaycana verməsi həqiqəti əks etdirmir”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın çıxışına cavab verən Karasin, erməni siyasətçinin Ermənistan siyasətçilərinin bəyanatlarıyla tanış olmağı məsləhət görüb:
“Bu tamamilə yalandır. Erməni siyasi xadimləri, ali rəhbərliyin çıxışlarına diqqət etmək lazımdır. Orada bu suallara cavab var”.
Rusiya Xarici İşlər NAzirliyinin sözçüsü Mariya Zaxarova isə Armen Qriqoryanın son açıqlaması ilə erməni xalqını alçaltdığını bildirib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bundan öncə Qarabağı Azərbaycana guya Rusiyanın qaytardığını iddia edib. /globalinfo.az/