ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen iyunun 27-29-da Azərbaycana səfər edəcək.BUTA.TV TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Obrayen Prezident İlham Əliyev ilə görüşəcək: "C.Obrayen Bakıda ikitərəfli münasibətlərdə irəliləyiş və ABŞ-ın Azərbaycan-Ermənistan arasında sülh sazişinə dəstəyini bildirəcək. O, Prezident İlham Əliyev ilə yanaşı xarici işlər naziri Ceyhun Bayramov da daxil olmaqla, yüksək vəzifəli Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək”.