Bu ilin yanvar-aprel aylarında Rusiyadan kolbasa məhsullarının ixracı illik müqayisədə 21% artaraq 15 min ton təşkil edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Aqroeksport" federal mərkəzi məlumat yayıb.
Məlumata görə, Rusiya kolbasalarının ilk 3 idxalçısına Azərbaycan və Abxaziya daxildir.
Bildirilib ki, artımın aparıcı qüvvəsi Qazaxıstana tədarük olub. Hesabat dövründə bu ölkəyə 11 min tondan çox kolbasa tədarük edilib.
Gözəl Həşimova