EN

Hacı Salmanın əxlaqsızlıq etdiyi azyaşlının dayısı danışdı – FOTO

Xəbər verdiyimiz kimi? iyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib.

Busaat.az  xəbər verir ki, məhkəmə qərarı ilə İbadullayev Salman Kamil oğluna Cinayət Məcəlləsinin 153.2-cu maddəsi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı zərərçəkmiş azyaşlının dayısı danışıb.

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb.

Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına getdiyini söyləyib:

“Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı”.

Chosen
109
40
paytaxt.org

10Sources