EN

Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq

Məşhur nəzəri fizik və alim Albert Eynşteynin ABŞ-nin keçmiş prezidenti Franklin Ruzveltə nasistlərin çox güclü bombalar yaratmaq üçün nüvə tədqiqatı gücünə malik ola biləcəyi barədə xəbərdarlıq etdiyi məktub sentyabrda hərraca çıxarılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, dəyəri təxminən 4 milyon dollar olduğu təxmin edilən iki səhifəlik məktubu “Christie's” adlı hərrac şirkəti sentyabrda hərraca çıxaracaq. 

Almaniyanın Polşanı işğal etməsindən bir neçə həftə əvvəl yazılan 2 avqust 1939-cu il tarixli məktubda Eynşteyn uranın mühüm enerji mənbəyi ola biləcəyinə işarə edir. Məktubda nəzəri fizik böyük uran kütlələrinin nüvə zəncirvari reaksiya yarada biləcəyini bildirir və bu reaksiyadan bomba hazırlamaq üçün istifadə oluna biləcəyini vurğulayır.

Chosen
61
1
operativmm.az

2Sources