EN

Təhsil haqqını ödəyə bilmədiyinə görə tələbə universitetdən xaric edilməlidirmi? - VIDEO

Təhsil haqqını ödəyə bilmədiyinə görə tələbə universitetdən xaric edilməlidirmi? - VIDEO

2023-cü ildən 8 mindən çox tələbənin təhsili yarımçıq qalıb. Ötən il təhsil haqqının ödənilməməsinə, dərs ötürməyə görə yaxud öz xahişi ilə təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı açıqlanıb. Təhsil müəssisələrinin fəaliyyətini dayandırması ilə əlaqədar xaric edilənlərin sayı 85 olub. Qalanları isə digər səbəblərdən təhsillərini davam etdirə bilməyiblər. Bəs belə hallarda tələbələr üçün hər hansı bir güzəşt nəzərdə tutulub?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Xəbər ertəsi" araşdırma aparıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin pr və media bölməsinin rəhbəri Nicat Abdullayev deyib ki, ödənişli əsaslarla oxuyan tələbə təhsil haqqını verə bilmirsə universitetlə münasibətləri kəsilir və təhsil alanın akademik borcları yaranır. Bu borclar səbəbindən təhsil müəssisəsindən xaric olunur:

" Tələbə təhsil haqqını ya 100, ya da 50 faiz məbləğini tədris ili başlayanda ödəməlidir. Birinci kurs tələbələrinə bunlar mütləq şəkildə şamil olunur. Məbləğ ödənilmədən tələbənin qeydiyyatı həyata keçirilmir. Növbəti illərdə isə universitet tərəfindən tələbələrə hissə-hissə ödəmək imkanı yaradılır. Azərbaycan Memarlıq və İnşaat Universitetində 2022-2023, 2023-2024-cü tədris illərində təhsil haqqına görə universitetdən xaric olunma halı müşahidə olunmayıb".

Ətraflı "Xəbər Ertəsi"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
sonxeber.az

1Sources