EN

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Sumqayıtda “ Mercedes” markalı avtomobil piyadanı vururaraq öldürüb.

APA xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Ümgülsüm İslam qızı Abdullayevanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Chosen
204
2
apa.az

3Sources