EN

Meymun çiçəyi virusuna yoluxanların sayı artır

Ümumdünya Səhiyyə Təşkilatı bu il dünyada 3100 meymun çiçəyi xəstəliyinin qeydə alındığını açıqlayıb. 

Adalet.az xəbər verir ki, ÜST 2022-ci ildən bu xəstəliyə yoluxanların sayının 97 min nəfərə çatdığını bildirib. 

Dünyanın 117 ölkəsində bu xəstəliyə yoluxma halları qeydə alınıb. ÜST mütəxəssisləri bunu qlobal səhiyyə sistemi üçün təhlükə hesab edir. May ayında dünyanın 26 ölkəsində 600 yoluxma halı qeydə alınıb. Xüsusilə Afrikada yoluxma halları artır.

Xatırladaq ki, bu xəstəliyin heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb. 

Chosen
139
adalet.az

1Sources