EN

I Qarabağ müharibəsinin şəhidinin qalıqları dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal olunan, 31 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Hörmət Baratovun qalıqları ailəsinə təhvil verilib.

Bu gün şəhidin qalıqları anadan olduğu Xaçmaz rayonunun Nərəcan kəndinə gətirilib. Burada onunla vida mərasimi keçirilib.

Şəhidin qalıqları Nərəcan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Hörmət Baratov 1992-ci il oktyabr ayının 8-də hərbi xidmətə çağırılıb. 1993-cü il oktyabrın 8-dən itkin düşdüyü bildirilib.

Hörmət Baratovun Bakıdakı İkinci Şəhidlər xiyabanında naməlum şəhid kimi torpağa tapşırıldığı məlum olub, onun kimliyi müəyyənləşib.

Chosen
127
5
anspress.com

5Sources