Müəllif:Ayşən İmanova/Banco.az
Danimarkanın Novo Nordisk kompaniyası ABŞ-nin Kleyton şəhərində (Şimali Karolina ştatı) zavod tikintisinə 4,1 milyard dollar sərmayə qoyacaq.
Banco.az xəbər verir ki, bu barədə dərman şirkəti mətbuata açıqlamasında bildirib.
Bu, şirkətin tarixində ən böyük istehsal investisiyalarından biridir.
Yeni müəssisə piylənmə və digər ağır xroniki xəstəliklər üçün inyeksiya dərmanları istehsal edəcək. Ümumi sahəsi təxminən 130 min kvadratmetr olacaq zavodda min iş yeri açılacaq.
Tikintinin 2027-2029-cu illərdə başa çatdırılması nəzərdə tutulub.