Bu ilin iyun ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 134 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Ümumi bankomatların 1 648-i Bakının, 1 486-sı regionların payına düşüb.
Bankomatların cəmi sayı illik müqayisədə 59 ədəd (1,9%) artasa da, aylıq müqayisədə 40 ədəd (1,3%) azalıb.
Eyni tendesiyalar Bakı və region bankomatlarının sayında da müşahidə olunub.
Bakı bankomatlarının sayı illik 46 ədəd (3%) artıb, aylıq 8 ədəd (0,5%) azalıb. Regionlardakı bankomatların sayında illik 13 ədəd (0,9%) artım, aylıq 32 ədəd (2,1%) azalma baş verib.