Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan hər zaman ətraf mühitin mühafizəsi istiqamətində vacib addımlar atıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Sıfır Tullantı Fondunun prezidenti Səməd Ağırbaş “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumunda deyib.
O qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi probleminin həlli istiqamətində gördüyü işlər beynəlxalq arenada yüksək qiymətləndirilir: “Məlumat üçün bildirim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyə Sıfır Tullantı Fondu arasında “Xoş niyyət” anlaşması imzalamağı planlaşdırırıq”.