EN

1300-dən çox zəvvarın öldüyü Həcc ziyarəti ilə bağlı iddia - VİDEO

Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd ibn-Abdel Rəhman əl-Cəlyacel bu il Həcc ziyarəti zamanı 1301 zəvvarın həlak olduğunu açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, həyatını itirənlər arasında amerikalı cütlük - 71 yaşlı Alhaji Aliyu Dausi Vuri və Haja Vuri də olub. Onlar Merilend ştatından kənarda fəaliyyət göstərən tur şirkəti vasitəsilə 100-ə yaxın zəvvardan ibarət qrupla Yaxın Şərqə səyahət edib.

Cütlüyün qızları Saida Vuri “BBC”yə qalmaqallı açıqlama verib. Onun sözlərinə görə, valideynləri tur qrupunun vəd etdiyi bir çox ləvazimatlar, o cümlədən yemək və lazımi su ilə təmin edilməyib.

Saida deyib ki, ata-anası Səudiyyəyə getdikdən iki həftə sonra, iyunun 16-da itkin düşüblər. Valideynlərinin ölüm xəbəri barədə isə ona gec məlumat verilib.

O, Həcc ziyarəti üçün valideynlərinin hər birinin 11 500 dollar ödədiyini açıqlayıb.

“Onlar həyatları boyu bunun arzusunda olublar. Çox həyəcanlı idilər. Baxmayaraq ki, onlar yeməklə təmin olunmalı idilər, lakin bir neçə gün yemək tapmağa çalışıblar”, - Saida kədərli halda bildirib.

Saida Vuri valideynlərinin harada dəfn olunduğunu öyrənmək üçün Səudiyyə Ərəbistanına getməyi planlaşdırdığını söyləyib. Həmçinin bildirib ki, tur şirkəti səfər üçün lazımi viza və qeydiyyatı təmin edəcəyini bildirsə də, buna əməl etməyib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”nın məlumatına görə, Məkkəyə gedən zəvvarların əksəriyyətinin rəsmi icazəsi olmayıb.

Deyilənlərə görə, müvafiq icazəsi olmayanlar rəsmi səyahətçilər üçün kondisioner və digər resursları təmin edən ərazilərə daxil olmaqda çətinlik çəkiblər.

Qızlarının açıqlaması tur şirkəti vasitəçi olsa da, amerikalı cütlüyün də qeyri-qanuni olaraq Həcc ziyarətinə getdiyi iddialarını ortaya çıxarır.

Saida Vurinin açıqlamasını təqdim edirik:

Chosen
59
16
anons.az

10Sources