EN

Bu azərbaycanlılar Pezeşkiana qarşı çağırış etdi

İrana sığınan və orada Azərbaycana qarşı fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasının üzvləri olan azərbaycanlılar Təbrizdən olan prezidentliyə namizəd Məsud Pezeşkianın əleyhinə çağırışlara qoşulublar.

Axar.az xəbər verir ki, bu barədə onlara məxsus bir neçə sosial media kanalında paylaşım edilib.

Onlar Əli Xameneinin Milli Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlilyə səs verməyə çağırıblar:

“İnqilab Cəbhəsinin tərəfdarları birləşin, pərakəndə olmayın, Cəliliyə salam, Qalibafa salam!”

Qruplaşma üzvləri Səid Cəlilini prezident, Məhəmməd Bagir Qalibafı isə parlament sədri kimi görmək istədiklərini qeyd ediblər.

Chosen
89
19
axar.az

10Sources