Asanlıqla deyə bilərik ki, Türkiyə mümkün 3-cü dünya müharibəsi ilə bağlı ən hazırlıqlı ölkələrdən biridir və ordumuz istənilən ssenariyə hazırdır.
Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Üçüncü Dünya Müharibəsi ilə bağlı açıqlamasında deyilir.
Nazirlik xarici işlər naziri Hakan Fidanın Üçüncü Dünya müharibəsi ehtimalının diqqətdən kənarda qalmaması ilə bağlı açıqlamaları belə cavablandırıb:
"Birinci və ikinci dünya müharibələrində olduğu kimi, hərtərəfli riskin olub-olmadığını soruşsanız, bu, əlbəttə ki, mümkündür. Milli Müdafiə Nazirliyi olaraq müdafiə və təhlükəsizliyimizlə bağlı qiymətləndirmələrimizi edir və buna uyğun addımlarımızı atırıq.
Rahatlıqla deyə bilərik ki, biz ən hazırlıqlı ölkələrdən biriyik. Heç kim, xüsusən də ölkəmiz Üçüncü Dünya müharibəsi kimi qaranlıq mənzərəni istəmir, ancaq qeyd etmək lazımdır ki, ordumuz istənilən ssenariyə hazırdır".
Mürtəza
Azreform.info