Tələbələrin parlament seçkilərində rahat səs verməsi üçün addımlar atmalıyıq.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilə bağlı maarifləndirmə aparılmalıdır: "Bu proses xüsusilə gənclər və tələbələrlə həyata keçirilməlidir. Nəzərə almalıyıq ki, tələbələrin tətil dövrüdür. Onların rahat səs verməsi üçün müvafiq addımlar atmalıyıq".
Telegram kanalımız