Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Hazırda axtarış işləri həyata keçirilir.