İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq olub.
Bu barədə Ednews-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.
Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.
***Xankəndi şəhərində həyata keçirilməsi planlaşdırılan investisiya layihələri iş adamlarına tanıdılıb.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" səhifəsində yazıb.
"İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar. İstehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib", - o qeyd edib