EN

Çimərliklərdə harada daha çox boğulma halları baş verir? - ARAŞDIRMAVİDEO

Xəzər dənizindəki batmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib...

Xezerxeber.az xəbər verir ki, çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb. Belə halda isə boğulma riski də artır ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə bu risk daha çoxdur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.

Həmçinin də orada qəfil rastlaşılan dərinliklər və məhdud görüntü mövcüddür. Şöbə rəisi bu cür təhlükələrin çox olduğu əraziləri də açıqlayıb.

İyunun 15-dən xilasetmə xidməti tərəfindən boğulma təhlükəsi ilə üzləşən 31 nəfər xilas edilib. Xidmətin nəzarət etdiyi ərazilərdə ölüm hadisəsi qeydə alınmayıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
93
28
xezerxeber.az

10Sources