Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb. Manset.az report.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında baş verib. Hadisə nəticəsində piyada, Şərur rayonu Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Xəyal Əsgər oğlu Məmmədov ölüb. Faktla bağlı araşdırma aparılır.