EN

'Kabus kənd' turistlərin səfərləri ilə canlanır

'Kabus

Muğlanın Fethiye rayonunda illər əvvəl tərk edildiyi üçün 'xəyal kəndi' olaraq da tanınan və qorunması lazım olan həssas bölgələr arasında yer alan Kayaköy ziyarətçilərin diqqətini çəkir.Ulusum.az xəbər verir ki, keçən il 101 min 868 qonaqla Muğlanın ən çox ziyarət edilən ikinci arxeoloji ərazisi ünvanına sahib olan Kayaköydə təxminən 400 ev, 2 kilsə və ibadətgah var.Kayaköy turistlərin və bölgəyə turlara qatılanların tez-tez getdiyi yerdir. Xəyal kəndindəki tarixi binalar sözün əsl mənasında ziyarətçiləri keçmişə səyahətə aparır.Məlumata görə, sözügedən kənd 9 günlük Qurban bayramı zamanı 4 min adamı qəbul edib.Qeyd edək ki, təpənin yamacında salınan və Yunan dövrünə aid olan Kayaköyün tarixi eramızdan əvvəl 3000-ci illərə gedib çıxır.Qurtuluş savaşından sonra 1923-cü ildə mübadilə müqaviləsi ilə tərk edilən və türklərin yaşamağa başladığı kənd 1957-ci ildə baş verən güclü zəlzələdən ciddi zərər görüb. O zamandan bəri kənd xarabalığa çevrilib.'KabusAymirə Ağamirova

Diqqət Çəkənlər

Cənub bölgəsinin iki kəndində təxliyə işləri görülür

Lənkəranda "VAZ-2107" ağaca çırpılıb, xəsarət alanlar var - FOTOLAR - YENİLƏNİB

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
ulusum.az

1Sources