ABŞ İran neftinin daşınmasına görə 3 şirkət və 11 gəmiyə qarşı sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat dərc edilib.
Məlumata görə, ABŞ bu gün İran neftinin və ya neft-kimya məhsullarının daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin üç gəmi şirkətinə, eləcə də onlarla əlaqəli 11 gəmiyə qarşı sanksiyalar tətbiq edib.
ABŞ dövlət katibi Antoni Blinken sanksiyaların İranın "davam edən nüvə eskalasiyasına" cavab olaraq hazırlandığını bildirib.
“İranın davam edən nüvə eskalasiyasına və AEBA ilə əməkdaşlıq etməməsinə cavab olaraq biz İranın neft və neft-kimya ticarəti ilə məşğul olan qurumlara sanksiyalar tətbiq edirik. Biz İranın nüvə silahı yaratmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə sadiqik”, - Bilinken qeyd edib.