EN

Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müavininin evində axtarış


Ukrayna prezidenti aparatının rəhbərinin keçmiş müavini Kirill Timoşenko hüquq-mühafizə orqanlarının əməkdaşlarının onun evinə axtarışla gəlməsi ilə bağlı Ukrayna mətbuatının məlumatını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, keçmiş məmur bu barədə teleqram-kanalında yazıb.
“Təsdiq edirəm ki, mənim heç bir əlaqəm olmayan işlə bağlı mənim yerimdə axtarış aparılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının bütün tələblərini yerinə yetirmişəm, mənə qarşı heç bir şəxsi iddia yoxdur”, - Timaşenko bildirib.
Daha sonra o, “Novosti Live”a şərhində qeyd edib ki ki, istintaq zamanı onun telefonu və noutbuku götürülüb.
Bundan əvvəl Ukraynanın “Teleqraf” nəşri Timoşenkonun Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayıb.
Mayın 23-də Büro mümkün məlumat sızması ilə bağlı daxili araşdırma apardığını elan edib. Bildirilib ki, bu, Kirill Timoşenkoya yaxın şəxs sayılan müttəhimlərdən birinin maraqları naminə ibtidai istintaqın məlumatlarını departament nümayəndələrinin açıqlaması ilə bağlı olub.
Timoşenko 2023-cü ilin yanvarında vəzifəsindən azad edilib. 2024-cü il martın 1-də o, Ukrayna Müdafiə naziri Rustem Umerovun media və kommunikasiyalar üzrə məsul müşaviri olub.
2019-2023-cü illərdə prezident administrasiyasında işləyərkən Timoşenko bir neçə böyük qalmaqalda iştirak edib. Xüsusilə, şəxsi məqsədləri üçün o, ABŞ-nin Ukraynaya vətəndaşları döyüş bölgəsindən daşınması üçün verdiyi yolsuzluq avtomobilindən istifadə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
1
yeniavaz.com

2Sources