EN

Azərbaycan zəlzələyə hazırdırmı? 7 suala cavabda

Məqalə barədə məlumatMüəllif, Fərid HəsənovVəzifə, BBC Azərbaycanca

Bazar ertəsi gecə yerli vaxtla saat 00:01-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ Bakıda və Azərbaycanın bir sıra rayonlarında hiss olunub.

Ötən gecə baş verən zəlzədən sonra Bakının bir çox yerlərində insanlar təşviş içində evlərini tərk edərək açıq yerlərə üz tutdu.

Bu ilin fevral ayında Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən sonra Azərbaycanda da həm sosial şəbəkələrdə, həm də real həyatda ölkənin seysmik vəziyyəti və hazırlığı barədə müzakirələrin artdığı müşahidə olunurdu.

Bəs Azərbaycanda seysmik vəziyyət necədir və ölkə buna hazırdırmı?

Bu suallara cavab tapmaq üçün BBC News Azərbaycanca yerli seysmoloq və zəlzələ riskinin qiymətləndirilməsi üzrə mütəxəssislərlə danışıb.

Zəlzələ zamanı nə etmək lazımdır?Zəlzələ zamanı axtarış-xilasetmə işləri necə aparılır?Zəlzələnin gücü nədir və necə ölçülür?Zəlzələ necə baş verir?

Yerin alt qatlarında Ərəbistan, Avrasiya, Afrika və digər bu kimi adlarla ifadə olunan və böyük ərazini əhatə edən hərəkətli səthlər – plitələr mövcuddur.

Mütəxəssislərin fikrincə, məhz həmin plitələr hərəkət edərkən bir-birinə davam gətirə bilmədikləri üçün “qırılmalar baş verir” və bu da zəlzələ yaradır.

Azərbaycan seysmik baxımdan harada yerləşib?

Azərbaycan seysmoloji baxımdan Ərəbistan və Avrasiya tektonik plitələrinin kəsişməsində yerləşdiyi üçün “zəlzələ bölgəsi” hesab edilir.

Əslində hər gün "zəlzələ" baş verir, lakin onlardan çoxu kiçik təkanlar olduğu üçün hiss edilmir.

Azərbaycanda zəlzələ yaradan amillər hansılardır?

Azərbaycanda qeydə alınan zəlzələlər əsasən tektonik plitə və blokların hərəkəti nəticəsində ortaya çıxır.

Bununla belə, antropoloji – yəni insanların fəaliyyəti nəticəsində də zəlzələ riskləri yaranır.

Antropoloji təsirlərə neft-qaz yataqlarının dərin işlənməsi, neft quyularının qazılması, eləcə də qrunt sularının və su anbarlarının qeyri-peşəkar səviyyədə işlənməsi və digər amillər daxildir.

Türkiyə,

Şəklin mənbəyi, Getty Images

Chosen
207
bbc.com

1Sources