Azərbaycanda zəlzələ olub.
Bu barədə Sabahinfo.az-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb.
Yeraltı təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.
Zəlzələ ocağının dərinliyi 18 km-dir.
***
07:57
Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.
Sabahinfo.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.
Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.