Quterreş Qazaxıstana səfər edəcək
BMT-nin baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedəcək. BMT-nin baş katibi sammitdə iştirak etmək və kənarda danışıqlar aparmaq üçün Astanaya rəsmi səfər edəcəyini təsdiqləyib.“Mənim CARICOM kimi kiçik təşkilatlardan tutmuş dünya əhalisinin yarıdan çoxunu əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatına qədər digər təşkilatlarla görüşlərim olacaq”, - Quterreş bildirib.ŞƏT sammiti 2024-cü il iyulun 3-4-də Astanada keçiriləcək.Mənbə: A Haber