Dünya birjalarında neft bahalaşıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 86,9 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar artaraq 82,3 dollar təşkil edib.
Mənbə: AZƏRTAC