EN

“Amazon” plastik qablaşdırmadan imtina edəcək

Dünyanın ən böyük onlayn ticarət platforması “Amazon”, qablaşdırmasında istifadə olunan plastik hava yastıqlarının 95 faizini təkrar emal edilə bilən kağız doldurma ilə əvəz etmək qərarına gəlib.Elchi.az xəbər verir ki, şirkət Şimali Amerikada daşınmaq üçün qablaşdırmadan təxminən 15 milyard plastik hava yastığını çıxarmağa hazırlaşır.Onların istifadəsinin 2024-cü ilin sonuna qədər tamamilə dayandırılması planlaşdırılır. Plastik qablaşdırmanın ləğvi planı davamlılığı yaxşılaşdırmaq və tullantıları azaltmaq təşəbbüsünün bir hissəsidir.“Müştərilərin əşyalarını zədəsiz almasını təmin etmək istəyirik. Eyni zamanda, şirkət tullantıları azaltmaq üçün mümkün qədər az qablaşdırmadan istifadə etməyi öhdəsinə götürür”, – deyə korporasiyanın sözçüsü Pat Lindner bildirib.YeganəMənbə: Lenta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
1
elchi.az

2Sources