EN

Uşaqları korluqdan xilas etməyin YOLU TAPILDI

Rusiya Federasiyasının Krasnodar diyarındakı “Sirius” Elm və Texnologiya Universitetinin alimləri uşaqları korluqdan xilas etməyin yolunu tapıblar.

Medianews.az xəbər verir ki, bu barədə “Sirius” jurnalı məlumat yayıb.

Məlumata görə, mütəxəssislər 30-40 yaşlarında ciddi görmə pozğunluğuna və korluğa səbəb olan tor qişanın irsi xəstəliyi –  Leber amaurozunun gen terapiyası üçün yeni dəyişdirilmiş vektor hazırlayıblar. Qeyd olunub ki, hal-hazırda, 2027-ci ildə ABŞ-də yaradılmış “Luxturna” dərmanı II tip Leber amaurozunun müalicəsində istifadə olunur. Dərman RPE65 genini hədəf alır.

“Leber amaurozunun başqa növləri də var, buna görə də uşaqlarda görmə qabiliyyətini bərpa edə biləcək üsulların axtarışı hazırda tam sürətlə davam edir”, – deyə hesabatda vurğulanıb.

Bildirilib ki, dərmanın hazırlanmasında əsas çətinlik immun reaksiyadır. Bu problemi həll etmək üçün rus alimləri çatdırılan terapevtik gen ilə ifadə kasetinə dəyişikliklərin tətbiqi metodundan istifadə etmək qərarına gəliblər. Nəticədə “Sirius” mütəxəssisləri təkmilləşdirilmiş vektor ardıcıllığı yaradıblar və bunun effektiv olduğu ortaya çıxıb. Bu, korluq və digər irsi xəstəliklər üçün dərmanlar yaratmaq üçün istifadə edilə bilər.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
medianews.az

1Sources