Xaricdə aparılan bir araşdırmaya görə, bir çox elektrikli avtomobil sürücüsü daxili yanma modellərinə qayıtmaq istəyir.
İndex.az xəbər verir ki, Avstraliya, ABŞ, Braziliya, Çin, Almaniya, Norveç, Fransa, İtaliya və Yaponiyada aparılan araşdırma diqqətəlayiq nəticələr ortaya çıxarıb.
Məsələn, Avstraliya və ABŞ-da elektrikli avtomobil sahiblərinin demək olar ki, 50 faizi daxili yanma ilə işləyən modellərə qayıtmaq istədiklərini bildirib. Yaponiya, İtaliya, Fransa və Norveçdə bu nisbət 20%-i keçmir.
Sürücülər bildirirlər ki, benzinlə işləyən avtomobillərə qayıtmaq istəyinin səbəbi elektriklə işləyən avtomobillər üçün kifayət qədər enerji doldurma infrastrukturunun olmamasıdır. Doldurma məntəqələri elektriklə işləyən avtomobillərin sayı qədər artmır və bəzi ölkələrdə və regionlarda ciddi şarj problemləri yarana bilər.
Bir çox şirkət daxili yanma maşınlarını bazarda saxlayacaqlarını və bu səbəbdən yeni daxili yanma mühərrikləri hazırlayacaqlarını bəyan edir. Məsələn, BMW elektrikli avtomobil bazarına bir çox rəqiblərindən daha tez daxil oldu. Hazırda bir çox elektrik avtomobil modelinin satışı ilə məşğul olan şirkət, daxili yanma mühərrikli avtomobillərin də satışını davam etdirir.