Bakının Nərimanov rayonunda kafe yanır.Fövqəladə Hallar Nazirliyindən (FHN) BUTA.TV-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu Atatürk prospektində kafedə yanğın olması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri əraziyə cəlb olunub. Hazırda yanğın söndürmə işləri davam etdirilir.