EN

Lazo evinə qayıtdı

İspaniyalı mütəxəssis Pablo Lazo “Baskoniya” ilə müqavilə imzalayıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Tərəflər 2026/2027 mövsümünün sonuna qədər qüvvədə olacaq 3 illik sözləşməyə imza atıblar.

Qeyd edək ki, Pablo basketbolçu karyerasına bask komandasında başlayıb. “Pablo evinə qayıdır. Müqavilə 2027-ci ilə qədər bağlanıb”, – deyə “Baskoniya” klubunun rəsmi saytı məlumat verib.

Xatırladaq ki, bu gün, “Bayern” Lazonun gedişini açıqlayıb. Məşqçinin alman klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatsa da, ispaniyalı ailə vəziyyətinə görə müqaviləyə xitam verilməsini istəyib. “Bayern” baş məşqçinin istəyini təmin edib.

Oyunçu kimi Lazo 1984-1995-ci illərdə “Baskoniya”da çıxış edib. O, klubla birlikdə Kral Kubokunu qazanıb və 1995-ci ildə turnirin ən dəyərli oyunçusu seçilib.

Chosen
151
futbolinfo.az

1Sources