EN

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq - Mark Libbi

Azərbaycan və Ermənistan arasında sülh sazişi regionda görünməmiş sabitlik yaradacaq

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

"Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası prosesinə başlayıb və sülh sazişinin imzalanmasına həmişəkindən daha yaxın olduqlarını açıq şəkildə bəyan ediblər", - o deyib.

Səfir vurğulayıb ki, ABŞ bu addımların tarixi fürsət pəncərəsi açdığına inanır.

"Birləşmiş Ştatlar hər iki tərəfi bu fürsətdən istifadə etməyə təşviq etməyə davam edəcək və biz bu prosesi asanlaşdırmaq üçün əlimizdən gələni edəcəyik", - diplomat əlavə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
76
5
milli.az

6Sources