EN

ABŞ COP29-da ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur

ABŞ Bakıda keçiriləcək COP29 iqlim konfransında ümumi məqsədə nail olmaq üçün Azərbaycanla işləməkdən məmnundur.

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ölkəsinin müstəqilliyinin 248-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“ABŞ-nin Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi layihələrinə yardımı enerji sektorunda əldə edilən ən diqqətəlayiq birgə nailiyyətlərdəndir. ABŞ-Azərbaycan enerji tərəfdaşlığının ilk onilliklərində ABŞ konsepsiyanın hazırlanması işlərində, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin və Cənub Qaz Dəhlizinin inşasında və istismara verilməsində mühüm dəstək göstərib”, - M.Libbi bildirib.

Səfirin sözlərinə görə, bu il COP29-a Bakının ev sahibliyi etməsi Azərbaycan-ABŞ tərəfdaşlığının növbəti mərhələsidir: “Biz ümumi məqsədi dəstəkləmək - COP29-u uğurlu keçirmək üçün Azərbaycanla tərəfdaşlıq etməkdən məmnunuq. Bu tədbir artıq üzərimizə götürdüyümüz öhdəliklərimizin yerinə yetirilməsini sürətləndirəcək və maliyyələşdirmə sahəsində gələcək ambisiyalarımızı artıracaq”.

Chosen
107
4
iqtisadiyyat.az

5Sources