Bakı. Trend:
İyunun əvvəlində müflis olduğunu elan edən Amerikalı elektrikavtomobil istehsalçısı "Fisker" Şimali Amerika və Avropada12500-dən çox avtomobili könüllü olaraq geri çağırır.
Trend-in məlumatına görə, bu barədə şirkətdən bildiriblər.
Məlumata əsasən, buna səbəb xarici qapı tutacaqlarında yaranabiləcək problemlərdir.
Geri çağırılma 2023-2024-cü illərin flaqman "Ocean"avtomobillərinə aiddir. ABŞ-da 8,2 min, Kanadada 513 və Avropada3,8 min bu model avtomobil geri çağırılacaq.