EN

"O vəziyyətdən çıxmaq üçün çox psixoloq yanına getdim"

"İnsan ailə quranda kimliyindən aslı olmayaraq heç vaxt sənətini atmalı deyil. Bu kişiyə və qadına da aiddir. Mən başa düşdüm ki, insan məni tərk edib gedə bilər, amma işi atmadıqca mənimlə qalacaq. Bunu yaşadığım üçün bilirəm".

Demokrat.az axsam.az-a istinadən  xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova "Elgizlə izlə" proqramında deyib. Keçmiş həyat yoldaşından danışan sənətçi ona görə sənətini tərk etdiyini bildirib:

"Ayağa durmaq üçün Allah bilir ki, nə gecəm, nə də gündüzüm olmadı. Ailə qurdum, 3-4 ilə yaxın səhnədən uzaqlaşdım. Ayağa durmaq üçün mənə pullar lazım idi. Bir evim var idi, kirayə verib dolanırdım. Oranı satıb, mahnılar aldım. Özüm ayağa qalxdım, heç kimdən kömək istəmədim. Dedim ki, yenə də işləyib ev alacağam. 

Keçmiş həyat yoldaşım dövlət işində çalışırdı, aylıq maaş alırdı. Ona sevgim o qədər böyük idi ki, heç nəyi görmədim. Öz sənətimdən də uzaqlaşdım. Peşman deyiləm, övladım var. Amma yenə də deyirəm ki, insan öz sənətini atmalı deyil. Çünki həyatın işini bilmək olmaz. Mən yarıyolda tərk edildim. İkimiz də qərar verdik ki, ayrılaq. Heç cür alınmırdı. Bəzən kişilər ayrılmaq istəyəndə qadını elə həddə çatdırır ki, xanım özü ondan asanlıqla boşanmaq istəyir. İki il depressiya yaşadım. O vəziyyətdən çıxmaq üçün çox psixoloq yanına getdim. Ruhum, psixologiyam zədələnmişdi. Amma ayağa durdum və mübarizə apardım. Çox şükür ki, böyüdüm. Beş il əvvəl etdiyim hərəkətləri indi təkrarlamaram".

Chosen
168
3
demokrat.az

6Sources