EN

BVF Ukraynaya 2,2 milyardlıq tranşın ayrılmasını təsdiqlədi

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin dördüncü iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, bunun nəticəsində Kiyev genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində 2,2 milyard dollar məbləğində daha bir tranş alacaq:

“Bu, Ukrayna büdcəsini dəstəkləmək üçün istifadə olunacaq”.

Chosen
107
4
axar.az

8Sources