EN

Ukrayna üçün 2.2 milyard dollarlıq vəsait

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin dördüncü iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

 

Bildirilir ki, bunun nəticəsində Kiyev genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində 2,2 milyard dollar məbləğində daha bir tranş alacaq.

 

“Bu, Ukrayna büdcəsini dəstəkləmək üçün istifadə olunacaq”, - sənəddə qeyd olunur.

Chosen
91
4
modern.az

8Sources